16:13 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
33 0 0

Nəticədə rayonun Qazangül qəsəbəsində körpünün və Danaçı-Moqov-Aşağı Çardaqlar avtomobil yolunun bir hissəsini sel suları yuyub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 may— Sputnik. Ötən gecədən başlayaraq şimal-qərb bölgəsinə aramsız yağan leysan xarakterli yağış Zaqatalada bir sıra fəsadlar törədib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, güclü yağış nəticəsində bəzi çaylarda suyun səviyyəsi artıb. Nəticədə rayonun Qazangül qəsəbəsində körpünün və Danaçı-Moqov-Aşağı Çardaqlar avtomobil yolunun bir hissəsini sel suları yuyub. Rayonun Höytala və Vöhtala kəndində bir sıra evlərin həyətyanı sahələrinə su dolub.

Qısa müddətdə bütün kommunal xidmətlərin fəaliyyəti tam bərpa edilib. Selin yaratdığı fəsadların aradan qaldırılması üçün də tədbirlərə başlanılıb.

Əsas mövzular