CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda 5 nəfəri öldürən sürücü həbs edildi

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib

BAKI, 11 may — Sputnik. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Qəza - Sputnik Azərbaycan
HADİSƏ
Bakı Olimpiya stadionunun yaxınlığında qəza olub, xəsarət alanlar var

Belə ki, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431dövlət nömrə nişanlı yük avtomobili ilə1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mersedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobilin toqquşaraq yolun sağ hissəsində olan dərəyə aşmasınəticəsində “Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0