08:18 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Həbs, arxiv şəkli

Bakıda 14 yaşlı qızla yaşayan şəxsə iş verildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
128 0 0

Xəzər rayon Məhkəməsində N.H 3 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 10 may — Sputnik. Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi münasibətdə olan şəxs həbs edilib.

Актриса Наталья Варлей во время выступления на церемонии награждения победителей фестиваля спортивного кино Красногорский в Крокус-Экспо
© Sputnik / Yekaterina Chesnokova

Sputnik Azərbaycan-ın Lent.az-a istinadla məlumatına görə, Lerik rayon sakini, 1998-ci il təvəllüdlü N.H Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən fermanın yaşayış sahəsindəki evdə, daha sonra isə Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən “Cücə” fermasının yaşayış sahəsində mənzildə 14 yaşına çatmamış, 2004-cü il təvəllüdlü N. H ilə qeyri-rəsmi nikahda yaşayaraq qızlıq pərdəsinin tamlığını pozmaqla onunla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olub.

Məsələdən xəbərdar olan hüquq-mühafizə orqanları tərəfindən N.H saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham verilib.

Xəzər rayon Məhkəməsində N.H 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində zərərçəkən şəxsin və onun nümayəndəsinin ona qarşı hər hansı bir şikayətinin olmadığını deyib.

Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib.

Əsas mövzular