23:58 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Arı

Arı sancması hansı fəsadlara səbəb olur?

CC0 / Schwoaze / Bee
CƏMİYYƏT
Qısa URL
347 0 0

Arı sancan şəxslərdə göz, dodaq, dil və ya boğazda şişkinlik yaranır

BAKI, 9 may — Sputnik. Arı sancması bəzi insanlarda bir neçə saat davam edən ağrıdan sonra keçib gedir, allergiyası olan insanlarda isə ciddi reaksiya verə bilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bal arıları, eşşəkarısı və sarı vəhşi arıların zəhəri, ciddi allergik reaksiyalara səbəb ola bilər. Arı sancan zaman iynəsi dəridə qalır. Arının zəhəri, sancdığı şəxsdə allergiya olmasa belə, dəridə şişliyə səbəb ola bilər.

Cavid İmanlı
© Foto Cavid İmanlının ailəsi tərəfindən təqdim olunub

Allergiyası olanlarda zəhər daha güclü immun sistemi reaksiyasına səbəb olur. Belə insanlarda ilk dəfə arı sancması zamanı allergiya görünməyə bilər. Amma ikinci dəfə allergik reaksiya göstərməsi istisna deyil.

İnsan allergikdirsə, arı sancması zamanı bədəndə "İmmunoqlobin E" (İgE) adı verilən müqavimət yaranır. Bununla birlikdə, ağrıya reaksiya olaraq şişmə və nəfəs alma problemləri kimi immun reaksiyalarına səbəb olan İgE istehsal edir.

Arı sancması zamanı allergiya arı sancan şəxsin nə qədər allergik olduğuna görə dəyişir. Arı sancan şəxslərdə göz, dodaq, dil və ya boğazda şişkinlik yaranır. Udqunma və ya nəfəs çatışmazlığı, xırıltı və ya səsin batması, qaşınma, baş gicəllənmə, mədə sancması, ishal və ürək bulanma müşahidə edilə bilər.

Əlaqədar

Arıçı arı sancmasindan öldü
İlan, böcək, indi də arı basqınına məruz qalmışıq
Arı Qax sakinini xəstəxanalıq etdi

Əsas mövzular