CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir sözünü dedi: "Orta məktəblərdə din tədris olunmayacaq"

© Photo : REPORT / Firi SalimOrta məktəb dərslikləri, arxiv şəkli
Orta məktəb dərslikləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür

BAKI, 7 may — Sputnik. "Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb".

Təhsil Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Təhsil Nazirliyi yayılan videoya aydınlıq gətirdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycanın təhsil standartları qanunvericiliyinə əsasən, orta məktəblərdə din fənninin tədrisi nəzərdə tutulmayıb: "Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dini tədrisi deyil. Müxtəlif dinlərə bağlı olaraq məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür".

C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: "2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir".

Xəbər lenti
0