10:49 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Malakanların ibadət evi

Qalmaqallı bina məsələsi böyüyür: İşə məhkəmə qarışacaq

© ONA
CƏMİYYƏT
Qısa URL
169 0 0

“Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia edirlər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək

BAKI, 7 may — Sputnik. “Bu gün “Salaam Cinema Baku”nu məhkəməyə verdik”. 

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.

O bildirib ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq bu gün məhkəməyə müraciət ediblər.

Qeyd edək ki, artıq bir neçə gündür Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina ətrafında yaşanan qalmaqal bitmək bilmir. “Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia edirlər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək.

Bina 1913-cü ildə tikilib.

Əsas mövzular