CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şuşanın dağları qara dumanlı" filmi təqdim olunub

© Sputnik / Nigar Iskanderova"Şuşanın dağları qara dumanlı" filminin təqdimatı keçirilib
Şuşanın dağları qara dumanlı filminin təqdimatı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir

BAKI, 7 may — Sputnik. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsləhətçisi, Əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu "Şuşanın dağları qara dumanlı" sənədli filminin təqdimatı keçirilib.

© Sputnik / Nigar Iskanderova"Şuşanın dağları qara dumanlı" filminin təqdimatı keçirilib
Şuşanın dağları qara dumanlı filmi təqdim olunub - Sputnik Azərbaycan
"Şuşanın dağları qara dumanlı" filminin təqdimatı keçirilib

Sputnik Azərbaycan-ın məlumatına görə, təqdimat mərasimində millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Musa Qasımlı və digər ziyalılar iştirak ediblər. Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir.

O zaman Şuşanın xilası üçün mühüm rol oynayan şəhər rəhbəri Mikayıl Gözəlovun fəaliyyətinin lentə alındığı filmdə onun qətli haqda da müəyyən məlumatlar verilib. Qətli təşkil edən, ömürlük azadlıqdan məhrum olan Elbrus İbrahimov təqdim olunan kadrlarda bu hadisəni necə törətməsi ilə bağlı danışıb.

© Sputnik / Nigar Iskanderova"Şuşanın dağları qara dumanlı" filminin təqdimatı keçirilib
Şuşanın dağları qara dumanlı filmi təqdim olunub - Sputnik Azərbaycan
"Şuşanın dağları qara dumanlı" filminin təqdimatı keçirilib

Qeyd edək ki, 51 yaşlı məhbus artıq 26 ildir ki, 4 divar arasında məhbəs həyatı yaşayır. Bundan başqa, filmdə aprel döyüşlərindən, Lələtəpənin azad olunmasından da bəhs edilir.

Xəbər lenti
0