CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlahiyyatçı: "Oruc təkcə İslamda deyil, bütün səmavi dinlərdə vacib buyurulub"

CC0 / Raw Pixel / Dateİftar zamanı
İftar zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsul Mirhəşimli: "İlk oruc tutanın da məhz Adəm peyğəmbər olduğunu söyləyirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Bu gündən etibarən müsəlman təqvimində 11 ayın sultanı adlandırılan Ramazan ayı başlayıb. Özünü müsəlman hesab edən, sağlamlığı və şəraiti imkan verən hər bir kəs bu müqəddəs ayda günahlardan uzaq olmağa çalışır, oruc tutur və ruhunu təmizləyir.

Hər il Ramazan başlayanda insanlar arasında, xüsusilə də oruc tutmağa yeni başlamış şəxslərdə, bu ayın fəzilətləri, olar-olmazları ilə bağlı müxtəlif fikirlər, qorxular formalaşır. Sputnik Azərbaycan-ın əməkdaşı həmin şəxsləri nəzər alaraq, ilahiyyatçı Rəsul Mirhəşimli ilə məhz Ramazan ayı haqqında danışıb.

© © R.Mirhəşimlinin şəxsi arxivindənRəsul Mirhəşimli
İlahiyyatçı: Oruc təkcə İslamda deyil, bütün səmavi dinlərdə vacib buyurulub - Sputnik Azərbaycan
Rəsul Mirhəşimli

Rəsul Mirhəşimli öncə Ramazanın nəyə görə 11 ayın sultanı adlandırılmasına aydınlıq gətirib: "Qurani-Kərim Ramazan ayında nazil olub. Qədr gecələri də məhz Ramazan ayında reallaşıb. Ramazan ayı ilə bağlı Quranda bir neçə ayə də var. Bunlardan birini nəzərinizə çatdırım: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!" ("Bəqərə" surəsi, 183)".

"Bu ayənin hikmətinə baxanda məlum olur ki, oruc təkcə İslamda deyil, bütün səmavi dinlərə vacib buyurulub. Sadəcə olaraq, başqa dinlərdə oruc müsəlmanların orucundan forma və məzmun etibarilə fərqlənir" – deyə o vurğulayıb. 

İftar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ramazan ayının namaz, imsak və iftar vaxtları - CƏDVƏL

R.Mirhəşimlinin sözlərinə görə, orucun tarixinə nəzər yetirən alimlərin bir çoxu bu tarixin Adəm peyğəmbərin dünyaya gəlişindən sonraya aid edirlər, ilk oruc tutanın da məhz Adəm peyğəmbər olduğunu söyləyirlər.

Teoloq Ramazan ayının olar-olmazları barədə də danışıb: "Ramazanda qadağan olunan məsələlər oruc tutmaqla bağlıdır. Yəni, imsaqdan iftara qədər yemək və içmək, cinsi əlaqə, Allah və Peyğəmbər adına yalan danışmaq, qatı tozu udmaq, tam olaraq suya girmək, sübh namazına qədər cənabətli, heyz halında qalmaq, qusmaq orucu batil edir. Orucu batil edən şeyləri etmək isə qadağandır. İnsan başı ilə suya atılırsa, qulaqlarından və burun dəliklərindən dolan su qida borusuna gedib orucu pozur".

Rəsul Mirhəşimli Ramazan ayının mənəvi zənginlik baxımından bərəkətli olduğunu da xüsusi qeyd edib: "Bu ayda insan tək yemək-içməkdən aralı qalmır, o həm də çalışır ki, qulağı qeybət eşitməsin, dili pis söz danışmasın, gözü harama baxmasın, əli-ayağı haram ardınca düşməsin. Bu hal da insanın həm ruhunu gözəlləşdirir, həm də günahlardan qoruyur".

İlahiyyatçı müsəlmanların Ramazan ayında toy etməkdən imtina etməsi barədə də fikirlərini bölüşüb: "Toy edən şəxs əgər yeməyi iftardan sonra verəcəksə, toyda spirtli içki verilməyəcəksə, toy edə bilər. Bu ayda qeyd etdiyim şərtlərə əməl olunarsa, toy etmək qadağan deyil. Sadəcə, bu qadağanı insanlar özləri müəyyənləşdiriblər. Çünki toyda kiməsə iftar vaxtına qədər "yeməyin" demək olmayacaq".

O vurğulayıb ki, Ramazan ayında müsəlmanların əksəriyyəti də məhz bu səbəbdən toy etmirlər.

Xəbər lenti
0