20:43 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
161 0 0

Əgər bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq

BAKI, 6 may — Sputnik. "Molokanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirilib.

Onun sözlərinə görə, bina ilə bağlı araşdırma aparılır: "Hazırda orada hansısa söküntü işi görülmür. Əgər bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq. Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır".

Qeyd edək ki, son günlər sosial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə "Salaam Cinema"nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılıb.

Əsas mövzular