03:08 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Namaz və dua

Bu gün niyyət axşamıdır

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
559 0 0

Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür

BAKI, 5 may — Sputnik. Sabah Ramazan ayının ilk günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

İnfoqrafika Ramazan
© Sputnik / Elnur Salayev

Beləliklə, mayın 5-i axşam niyyət axşamı hesab olunur. Fitr bayramı (Şəvval ayının 1-i) isə, Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Nəticədə həmin gün Ramazan ayı başa çatacaq.

Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Allah tutulan orucları, edilən duaları qəbul etsin.

Əlaqədar

Ramazan ayının namaz, imsak və iftar vaxtları - CƏDVƏL
On bir ayın sultanı - RAMAZAN
Azərbaycanda Ramazan təqvimi açıqlandı
Teqlər:
gün, oruc, Ramazan ayı

Əsas mövzular