CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təhsil müəssisələri təhlükə mənbəyidir?!

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidУченицы на уроке
Ученицы на уроке - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər məktəblərdə baş verən xoşagəlməz hadisələri minimuma edirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq üçün təkliflər irəli sürüblər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. 10 il bundan əvvəl aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dəhşətli qətliam törədildi. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başladı. Qətliam nəticəsində 13 nəfər həlak oldu və 10 nəfər yaralandı.

Hadisəni Gürcüstan vətəndaşı, Marneuli sakini, 29 yaşlı Fərda Əsəd oğlu Qədirov törətmişdi. Bu hadisədən sonra, demək olar ki, bütün təhsil müəssisələrində təhlükəsizlik xidməti gücləndirildi. Bu gün bəzi təhsil müəssisələrinə kənar şəxslər buraxılmır. Təhsil müəssisələri DİN əməkdaşları və ya xüsusi özəl mühafizə xidməti əməkdaşları tərəfindən qorunur. Ancaq təəssüflə qeyd etməliyik ki, bunu bütün müəssisələrə şamil etmək mümkün deyil.

ADNA terroru qurbanı Taleh Məmmədovun fotoları - Sputnik Azərbaycan
HADİSƏ
Ana övladının sinəsinə dəyən gülləni öz ürəyində daşıyır

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər dəfə tədris ilinin başlanması ərəfəsində Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi təhsil müəssisələrinin mühafizəsi istiqamətində birgə iş aparırlar. Amma respublikadakı bütün təhsil ocaqlarının mühafizəsi mümkün deyil:

"Bu gün respublikamızda 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və bu qədər də orta ixtisas təhsili müəssisəsi, 100-ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bu qədər təhsil ocağının mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilir və edirlər".

K.Əsədovun sözlərinə görə, qanunvericilik aktlarına uyğun olaraq, orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Yəni bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur. Valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunur:

"Təəssüflər olsun ki, nə 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda, nə də "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə məktəblərin mühafizəsi ilə bağlı heç nə əksini tapmayıb. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir. Bu gün bəzi təhsil ocaqları tədaüqdçü nənə və babalar tərəfindən mühafizə edilir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideynlərin məktəbə daxil olmasına mane ola bilir. Amma onlar baş verəcək hansısa xoşagəlməz hadisədən məktəbi mühafizə etmək gücündə deyillər".

Təhsil Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Təhsil Nazirliyi yayılan videoya aydınlıq gətirdi

Ekspert təkilf edir ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsə, polislərin nəzarəti olsa, daha yaxşı olar.

"Məktəblərdə mühafizə deyən kimi, o saat polis yada düşür. Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Onda təhlükəsizlik də təmin edilmiş olacaq" - deyə Əsədov əlavə edib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, təhsil müəssisələrində təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq lazımdır.

© Photo : Elmar Nurəliyevin şəxsi arxivindənTəhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev
Azərbaycanda təhsil müəssisələri təhlükə mənbəyidir?! - Sputnik Azərbaycan
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev

Ekspert hesab edir ki, təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi qapıya nəzarətçinin qoyulması ilə həll olunmur: "Demək olmaz ki, bütün təhsil müəssisələrinin təhlükəsizliyi qorunur. Bəzi məktəblər DİN-in mühafizə polisi tərəfindən qorunur, bəziləri isə özəl mühafizə xidməti göstərən şirkətlərlə müqavilə əsasında mühafizəni təmin edir. Elələri də var ki, növbətçi qaydada qapıya öz əməkdaşlarını qoymaqla məktəbin mühafizəsini təşkil edirlər".

Ekspertin sözlərinə görə, təhsil müəssisələrində şagird və tələbələrin təlim, tərbiyə, təhsili ilə yanaşı, təhlükəsizliyini də düşünmək vacibdir: "Təhsil müəssisələrində baş verən neqativ hadisələr tələbələr və uşaqlara həm mənəvi, həm də psixoloji təsir edir, onlarda silinməz izlər buraxır. Onun üçün məktəblərdə baş verən xoşagəlməz hadisələri minimuma edirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq lazımdır".

Nurəliyev vurğulayıb ki, təhsil müəssisələrində düzgün nəzarət mexanizmi qurmaqla baş verə biləcək hadisələrdən qorunmaq mümkündür. Bu səbəbdən də təhsil müəssisələrinin fiziki olaraq qorunması, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyenik təhlükəsizlik, qida təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyinin tətbiqi yolu ilə tələbə və şagirdlərin təhlükəsizliyini təmin etmək olar.

Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki nazirlik Elina Hacıyeva olayı ilə bağlı ilə rəsmi məlumat yaydı

"Bu gün bir çox məktəblərdə kənar şəxslərin, valideynlərin, pul müqabilində uşağları məktəbdən evə gətirən taksi sürücülərinin məktəbin içərisinə rahat girib-çıxması danılmaz faktdır. Bura valideyn qismində gələn şəxslərin həqiqi kimliyini qapıda duran mühafizəçi bilə bilməz. Bu səbəbdən də, kənar şəxsləri məktəbin daxilinə buraxmaq olmaz. İdman dəsrlərində, informatika, fizika-kimya laboratoriyalarında, əmək dərsi otağında və hərbi dərsərin tədris olunduğu siniflərdə texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir" - deyə mütəxəssis qeyd edib.

Onun fikrincə, istifadə olunmayan siniflərin otaqlarının qapıları həmişə bağlı saxlanılmalı, idman dərslərində soyunub-geyinmə otaqlarına, sanitar qovşaqlara xüsusi nəzarət olmalıdır.

"Hesab edirəm ki, müəllimlərin də təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var. Çünki fövqəladə hallarda onların üzərinə böyük məsuliyyət düşür - vəziyyəti nəzarətdə saxlamaq. Bunun üçün onların məlumatlı olması vacibdir" - ekspert əlavə edib.

Xəbər lenti
0