CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biləcəridə marşrut avtobuslarının hərəkəti dəyişdirildi - SİYAHI

© Photo : Пресс-служба BakuBusАвтобус ООО BakuBus
Автобус ООО BakuBus - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyi məlumat yayıb

BAKI, 30 aprel - Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutlarin hərəkətində dəyişiklik edilərək: 

Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir marşrut xətti “BakuBus”a keçir

-   2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə, “Beynəlxalq Avtovağzal Kompleksi”nə təşkil ediləcəkdir.

-   114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.

-   130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .   

-   67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcəklər.

-   91 nömrəli marşrut Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək.

Xəbər lenti
0