01:02 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Millət vəkili Qənirə Paşayeva

Millət vəkili: "Efirdə əxlaqsızlığı göstərməkdənsə, lider qadınlara yer ayırın"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
165 0 0

Qənirə Paşayeva: "Efir vaxtının 10 faizini bu cür şəxslərə ayırmağa, televiziyalarda onların fəaliyyətinin işıqlandırılmasına ehtiyac var"

BAKI, 29 aprel — Sputnik. "Hər şey yaxşıdırsa, o zaman biz buraya nə üçün yığışmışıq? Deyə bilmərik ki, bu gün genderlə bağlı ölkəmizdə heç bir probem yoxdur. Problemlər var və bunun da həlli istiqamətində dövlət səviyyəsində müəyyən işlər görülür".

Sputnik Azərbayan-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender əsaslı Bələdiyyələrin Təşviqi" layihəsinin açılışında deyib. O bildirib ki, öncəki illərlə müqayisədə bələdiyyə təmsilçiliyində qadınların iştirak faizinin 4-dən 35-ə qalxması müsbət tendensiyanın göstəricisidir.

"Amma qadınların bələdiyyələrdə təmsilçilik faizinin 35-ə qalxması ilə də qane olmamalı, gələcəyə daha proqromatik baxmalıyıq" - deyən deputat bələdiyyələrdə aktiv qadınların, o cümlədən də lider qadınların rolunun mediada qabardılması məsələsinə də toxunub.

"Bu gün efirdə əxlaqsızlığı göstərməkdənsə, lider qadınlara, bələdiyyələrdə təmsil olunan bu şəxslərə xüsusi yer ayrılmalıdır. Efir vaxtının azı 10 faizini bu cür şəxslərə ayırmağa, televiziyalarda onların fəaliyyətinin işıqlandırılmasına ehtiyac var" - Q.Paşayeva vurğulayıb.

Əsas mövzular