CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezidentdən İçərişəhərlə bağlı vacib göstəriş

© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub
Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək

BAKI, 27 aprel — Sputnik. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı məlumat yayıb. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb.

Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
Birinci vitse-prezident “İçərişəhər” məsələsinə münasibət bildirib

Bildirilib ki, Mehriban Əliyeva İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.

"Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin "Master Planına" və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb. İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək" - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, son günlər sosial şəbəkədə İçərişəhərin tarixi görkəminə xələl gətirilməsi, ərazidə qanunsuz tikinti həyata keçirilməsinə dair xəbərlər dolaşır, vətəndaşlar narazılıqlarını ifadə edirlər. Dünən Mehriban Əliyeva hadisə yerinə baş çəkərək, vəziyyətlə yaxından tanış olub, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.

Xəbər lenti
0