CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadınlar xüsusi siqnalla övladlarından imtina edə bilərlər

CC0 / rawpixel.com / Körpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Övladından imtina edən ana onu küçəyə atmaqdansa, xüsusi tibbi mərkəzlərdə ayrılmış həyəcan düyməsini basır"

BAKI, 27 aprel — Sputnik. Azərbaycanda 2018-ci ildə 751 uşaq övladlığa götürülüb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, demək olar ki, 2017-ci illə müqayisədə övladlığagötürmədə 14,4 faiz azalma olub. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.

Övladlığa götürmə prosesi ölkə başçısı İlham Əliyevin də birbaşa diqqət mərkəzindədir. Artıq ötən ilin sonlarından etibarən, Prezidentin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına müvafiq olaraq övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülür.

© 1newsUAFA-nın əməkdaşı Saleh Nəsirov
Azərbaycanda qadınlar xüsusi siqnalla övladlarından imtina edə bilərlər - Sputnik Azərbaycan
UAFA-nın əməkdaşı Saleh Nəsirov

UAFA ("Azərbaycana Birgə Yardım") təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Saleh Nəsirov Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə görülən işlər, mövcud problemlərlə bağlı danışıb: "Prezidentin 10 dekabr, 2018-ci il tarixli, 393 nömrəli fərmanınadək bir neçə qurum övladlığagötürmə ilə məşğul olurdu. Lakin son fərmanla bu işlərin hamısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildi. Bu fərmanadək övladlığagötürmə prosesi çox mürəkkəb, bürokratik və əngəlli idi".

S.Nəsirov müxtəlif illərdə Azərbaycanda övladlığagötürmə ilə bağlı vəziyyəti araşdıran "Makkenzi" şirkətinin də analizləri haqda məlumat verib: "İllərdir Azərbaycanda fəaliyyət göstərən "Makkenzi" şirkəti beynəlxalq standartlar çərçivəsində bu məsələnin necə həyata keçirilməsi ilə bağlı təkliflər verib. Onların təqdim etdikləri layihədə bütün müddəalar əksini tapıb. Hətta bu layihə beynəlxalq standartlara da cavab verir".

Həmsöhbətimiz əlacsızlıqdan, imkansızlıqdan övladını uşaq evlərinə verən valideynlərə, belə ailələrə dəstək üçün müxtəlif təkliflər verib: "Uşaq üçün ən gözəl seçim onun doğma valideynləridir. Buna görə biz övladlığa götürməni ən son seçim kimi dəyərləndiririk. Aparılan araşdırmalar da göstərir ki, əksər hallarda həssas təbəqədən olan insanlar, aztəminatlı şəxslər övladlarından imtina edirlər. Onlar uşaq acından ölməsin, təhsildən kənar qalmasın deyə övladlarını internat evinə göndərirlər".

Uşaq qidası, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Körpəsi olan valideynlərə çağırış: "O qidaların nə ucuzuna aldanın, nə də bahasına"

"Uşağın valideynləri ilə birgə qalmasını təmin etmək məqsədi ilə erkən müdaxilə proqramı həyata keçirilməlidir. Bu proqramla həmin ailəyə erkən müddətdə maddi və mənəvi olmaqla dəstək göstərilir. Çünki dövlətdə nə qədər gözəl şərait olsa belə, heç kim həmin uşağa valideynləri kimi baxa bilməz. Bu sahədə olan bir sıra problemlərin qarşısını almaq üçün biz "Foster family care" modelinin tətbiq olunmasının vacibliyini vurğulayırıq. Bundan başqa bu sahədəki problemlərin aradan qaldırılması üçün "Baby Books" xidmətinin olmasının da vacibliyini vurğulamışıq" – deyə müsahibimiz əlavə edib.

O, bu xidmətin mahiyyətini də açıqlayıb: "Övladından imtina edən ana onu küçəyə, yaxud da zənbilə qoyub zibilxanaya atmaqdansa, xüsusi tibbi mərkəzlərdə ayrılan yerlərə yaxınlaşaraq övladından imtina etmək üçün həyəcan düyməsini basır. Bu zaman liftlə zənbil gəlir. Hətta bu zaman anaya övladından imtina etməmək üçün vaxt da verilir. Ana imtina etdikdə isə körpəni zənbilə qoyur və lift aşağı çatanda tibbi personal uşağı təhvil alır. Uşaqların küçəyə atılmasının qarşısını almaq üçün bu xidmətin ölkəmizdə də olmasını təklif edirik".

Nəsirov bildirib ki, bu istiqamətdə olan problemlərin həllində əsas çətinliklərdən biri də sosial işçi və sosial institutlarla bağlıdır: "Azərbaycanda peşəkar sosial işçilər və sosial institutların formalaşmasına ehtiyac var. Düşünürəm ki, bu istiqamətdə ən çətin mərhələ, məhz bu institutların formalaşdırılmasıdır. Düzdür, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətçilər var. Lakin sosial xidmətçi ilə sosial işçi, tamamilə fərqli anlayışdır. Sosial xidmətçinin adını sosial işçi ilə dəyişməklə problemi həll edəcəklərini düşünürlərsə, səhv edirlər".

Qeyd edək ki, prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına müvafiq olaraq əmək və əhalinin sosial müdafiəsi naziri övladlığagötürmədə elektron sistem üzərində müasir, çevik və şəffaf prosedurların, yeni yanaşmaların tətbiq ediləcəyini deyib. Nazir qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqları qanunvericilik qaydasında övladlığa götürmək arzusunda olan şəxslər üçün hər hansı bürokratik əngəllər, məhdudiyyətlər, süründürməçilik baş verməyəcək.

Bundan əlavə, onu da qeyd edək ki, ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qız olub. 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.

Xəbər lenti
0