CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bir hissəsi 4 saat işıqsız qalacaq

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir

BAKI, 26 aprel — Sputnik. Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Xəbər lenti
0