CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni məhkəmənin yaradılması sahibkarların xeyrinə olacaq

© pixabay / AJELСтатуя Фемиды
Статуя Фемиды - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas: "Bir çox ölkələrdə vergi, gömrük ilə bağlı ixtisaslaşmış məhkəmələr mövcuddur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. "Azərbaycanda sahibkarlıq sahəsilə əlaqəli yeni məhkəmə yaradılacaq. Azərbaycan ən islahatçı 10 ölkədən biridir. Bu səbəbdən də sahibkarlığın inkişafı ilə bağlı yeni məhkəmə yaradılacaq. İxtisaslaşmış məhkəmədə peşəkar hakimlər çalışacaq. Yeni məhkəmənin qısa müddətdə fəaliyyətə başlaması üçün işlər görülür. Bu məhkəmənin fəaliyyəti sahibkarlığın inkişafına töhfəsini verəcək". "Report" xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov deyib.

Hüquqşünas Elyar Həsənov ixtisaslaşmış məhkəmənin yaradılmasını Sputnik Azərbaycan-a şərh edib.

O bildirib ki, ixtisaslaşmış məhkəmənin yaradılması arzuolunandır və müsbət nəticə verir: "Hüquq sahəsi çox genişdir, normativ-hüquqi aktlar durmadan artır, ictimai münasibətlər inkişaf edir, mürəkkəbləşir. Bir hakimin bütün sahələr üzrə qanunvericiliyi mükəmməl bilməsi və müxtəlif sahələr üzrə işə baxması heç vaxt ixtisaslaşmanın effektini verə bilməz. Bir hakimin həm ailə məsələlərinə, həm vergi məsələlərinə, həm də cinayət işlərinə baxması lazımi keyfiyyəti verə bilməz. İxtisaslaşma isə keyfiyyəti artırır".

Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
HADİSƏ
“Diqlas"dakı yanğından zərər çəkmiş sahibkarlar üçün xoş xəbər

Hüquqşünas deyib ki, hazırda ölkəmizdə tələbata uyğun olaraq müəyyən ixtisaslaşma mövcuddur: "Məsələn, hərbi, inzibati, iqtisadi məhkəmələr var. Amma mövcud ictimai münasibətlər, iş həcminin çoxluğu daha dərin ixtisaslaşma tələb edir. Həm ümumi məhkəmələr, həm də iqtisad məhkəmələri Mülki-Prosessual Məcəllə ilə işləyir. Bəzən şəxsi məsələlərin baxılması ləngiyə bilər. Amma iqtisadi mübahisələrə baxılmasının ləngiməsi sahibkarlara maddi baxımdan ziyan vura bilər. Ona görə də buna daha ixtisaslaşmış yanaşma tələb oluna bilər".

O qeyd edib ki, bu gün inzibati məhkəmələr bütün inzibati münasibətlərə (vergi, gömrük, pensiya məsələləri və s.) baxır: "Məsələn, sahibkarın vergi orqanın fəaliyyətindən şikayət etməsinə, pensiya hüquqlarının həyata keçirilməsi ilə bağlı hər hansı bir vətəndaşın Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırmasına bir məhkəmə baxır. Aprel ayında dövlət başçısının imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmana uyğun olaraq ixtisaslaşma aparılacaq. Məsələn, sahibkarlıq sahəsi ilə bağlı yeni məhkəmə yaradılacaq. Bu, çox müsbət addımdır. Çünki ixtisaslaşma olanda məsələyə daha yüksək səviyyədə, daha peşəkar, daha operativ baxmaq olur. Bu, sahibkarların mənafeyinə daha uyğundur".

Onun sözlərinə görə, ixtisaslaşmış məhkəmələrin yaradılması dünya təcrübəsində geniş yayılıb: "Bu, mübahisələrin həcmindən və tələbatdan asılıdır. Məsələn, ailə mübahisələri az olan ölkələrdə ayrıca ailə mübahisələri ilə bağlı məhkəmə yaradılmır. Bəzi ölkələrdə isə ailə mübahisələri çox ciddi sosial problemə çevrildiyi üçün bununla bağlı ayrıca məhkəmələr yaradılır. Eləcə də bir çox ölkələrdə vergi, gömrük ilə bağlı ixtisaslaşmış məhkəmələr mövcuddur".

Vergi ödəyicilərinə xidmətin göstərilməsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yeni struktur sahibkarların vergi problemlərinin həllinə ciddi yardım göstərəcək

Vəkillərin ixtisaslaşma məsələsinə gəlincə hüquqşünas deyib ki, bizdə vəkillərə ixtisaslaşma ilə bağlı hər hansı bir qadağa yoxdur: "Faktiki olaraq bir sıra vəkillər təcrübi fəaliyyətdə ixtisaslaşırlar. Könüllü bağlanan müqavilədə vəkillər hər hansı bir sahəni seçə bilirlər. Məsələn, yalnız vergi ilə bağlı və ya cinayət işləri ilə bağlı iş götürən vəkillər var. İxtisaslaşma praktiki olaraq mövcuddur, amma tənzimləmə yoxdur".

E. Həsənov onu da əlavə edib ki, vəkillər həmçinin dövlət hesabına növbətçilik qaydasında hüquqi yardım göstərirlər və bu halda vəkilin seçim imkanı olmur: "Məsələn, mülki iş üzrə ixtisaslaşmış vəkil növbətçilik qaydasında cinayət işinə çıxmalıdır və bu qanunvericiliyin tələbidir və normaldır. Amma həmin vəkilin könüllü bağladığı müqavilələr mülki sahə üzrə olur. Hesab edirəm ki, burada ixtisaslaşmaya ehtiyac var. Məsələn, dövlət hesabına mülki işlərə bu sahə üzrə ixtisaslaşan vəkili göndərmək olar. Hazırda bunun normativ tənzimləməsi yoxdur və bu, təcrübədə ciddi problem yaratmır. Amma daha yaxşı olar ki, ixtisaslaşma olsun".

Xəbər lenti
0