00:33 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Fazil Mustafa

Millət vəkili bu dəfə "Neftçilər" xəstəxanasından yazdı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
120 0 0

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı yeni əmrə əsasən, Nadir Mehdiyev Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub

BAKI, 25 aprel — Sputnik. "Bir neçə aydan bir xəbər yayılır ki, bəs "Neftçilər" xəstəxanasının baş həkimi vəzifəsindən getdi. Bu minvalla xəstəxanada baş həkim postunda kimsə bir ildən artıq duruş gətirə bilmir. Bu dəfə bəlkə xəstəxananın adına uyğun bir neftçi tapıb baş həkim təyin etsinlər, məsələ yekunlaşsın. Dünyanın işini bilmək olmaz, bəlkə xəstəxananın zirzəmisindən neft də tapdı, özünümaliyyələşdirmə problemi də tam həllini tapar".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, önümüzdəki ildən icbari tibbi sığorta tətbiq olunacaq: "Adam az qalır inansın ki, hər gün xəstəxanaların qarşısında qalaq-qalaq toplanmış çarəsiz, imkansız vətəndaşları yola vermək mümkün olacaq".

"Sovet dövründə bölgələrin birinin kommunist şefi hava limanına öz həkim xalaoğlusunu rəis təyin edir. Bu xəbəri eşidən tanınmış müharibə veteranlarından biri dərhal gəlir birinci katibin qəbuluna və tələb edir ki, onu şəhər xəstəxanasına baş həkim qoysunlar. Katib soruşur ki, ixtisasın nədir, adam müharibədə təyyarəçi olduğunu və Aviasiya məktəbini bitirdiyini söyləyir. Katib təəccübünü gizlətmir, deyir, "ay ağsaqqal sən təyyarəçi kimi necə gedib xəstəxananın baş həkimi işləyə bilərsən?" Ağsaqqalın cavabı çox məntiqli olur: "Yoldaş katib, sənin xalaoğlun həkim kimi təyyarələri necə yola verəcəksə, mən də təyyarəçi kimi xəstələri o cür yola verəcəyəm" - millət vəkili yazıb.

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı yeni əmrə əsasən, Nadir Mehdiyev Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.

Əlaqədar

Nazir məşhur tibb müəssisəsi barədə qərar verdi

Əsas mövzular