CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin sərəncamı 9300 nəfərə şamil olunacaq

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək

BAKI, 24 aprel — Sputnik. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 23 aprel 2019-cu il tarixli Sərəncamı qeyd olunan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti göstəricisidir. Sərəncam ümumilikdə 9300-dən çox vətəndaşa şamil olunacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident müharibə veteranları barədə sərəncam imzaladı

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 400-dən artıq vətəndaş 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərdir ki, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

Qalan şəxslər isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Sərəncamla onların hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilməsi təmin ediləcək.

Sərəncamla birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Xəbər lenti
0