14:22 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Qobustan Milli Bədii-Tarix Qoruğunda yaradılan muzey

Orada min illərin tarixi yatır, hələ də çox sirləri özündə saxlayır

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
1685 0 0

Musiqi sədaları altında nümayiş etdirilən eksponatlar qəribə hisslər yaradır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Bakıdan 56 kilometr uzaqlıqda bir tarix var. Sirli, sehrli... 

Hər dəfə yolum buradan düşəndə, istər-istəməz min illər öncəyə aparır məni...

Hamı Qobustanı daha çox muzeyi, Böyükdaş dağındakı yaşayış yerləri, təsvirləri, arxeoloji qazıntıları ilə də tanıyır.

Bir müddət əvvəl yolumuz Qobustan Milli Bədii-Tarix Qoruğuna düşmüşdü. Muzeyi və ərazini gəzib, daha əvvəl bildiklərimizi xatırlatmaq istədik.

Onu da deyək ki, "Dədə Qorqud" filminin müəyyən hissələri burada çəkilib.

Qoruq 1966-cı ildə yaradılıb. Yaradılmasında məqsəd isə buradakı abidələrin qorunması olub. Qoruqda üst Paleolit dövründən bu günə qədərki 20 min il ərzində yaradılan 1031 qaya üzərində 6300-dən çox təsvir var.

Qoruğun direktoru Vüqar İsayevin sözlərinə görə, bu günə qədər arxeoloji qazıntılar nəticəsində 20 yaşayış məskəni və 40 kurqan aşkar edilib. Hazırda Qoruğun fondunda 100 mindən artıq artefakt qorunur: "Burada latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də var. Nümayişdə isə cəmi 500 ədəd artefakt var".

Muzeyi gəzdikcə, qəribə, sirli bir aləmə düşürsən. Musiqi sədaları altında nümayiş etdirilən eksponatlar qəribə hisslər yaradır. Muzeyin otaqlarını gəzdikdə fərqli eksponatlar, insan heykəlləri, qədim dövrlərdə qadınların istifadə etdikləri bəzək əşyaları diqqəti çəkir.

  • Qobustan Milli Bədii-Tarix Qoruğunda yaradılan muzey

1 / 7
© Sputnik / Irade JELIL
Qobustan Milli Bədii-Tarix Qoruğunda yaradılan muzey

Qoruğun əməkdaşı Rəhman Abdullayevin sözlərinə əsasən, hər il minlərlə turist bu abidələrə baxmağa gəlir. O bildirir ki, hazırda "Böyükdaş dağının aşağı səki marşrutu", "Kiçikdaş dağı marşrutu", "Cingirdağ dağı marşrutu", "Ekstremal ekskursiya marşrutu" və uşaqlar üçün "Qobustan – interaktiv turu" fəaliyyət göstərir.

Abdullayev qeyd edir ki, Böyükdaş dağının yuxarı səkisində "Gecə turu" da təşkil olunur: "Ancaq bu, turistlərin istəyi və sifarişi ilə həyata keçirilir". Onun sözlərinə görə, yeni ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər görülür.

Qeyd edək ki, Qobustan qoruğunda əvvəllər 877 təsvir qeydə alınıbmış. Zaman keçdikcə 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilib. Bu təsvirlər, əsasən, keçi, maral, şir təsvirləri və müxtəlif abstrakt işarələr, damğalar, araba təsvirləridir.

Qayalar arasında gəzdikcə göz önündə insanların min illər öncə yaşadığı həyat, əmək fəaliyyətləri, əyləncələri, təbiətə, təbiət canlılarına olan maraqları canlanır.

Sanki haradasa bir kişi ov edir, bir kişi ocaq qalayır, bir qadın yemək hazırlayır, buğda döyür…

Əlaqədar

Başsız bədənin uyuduğu sirli qəbir
"İlan çarlığı"nın altındakı sirli qəbirlər açıldı
Yenilməzlik rəmzi sayılan əfsanəvi, sirli qala
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan

Əsas mövzular