CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi də südümüzü xaricdən alırıq

© Sputnik / Varvara Gertye / Mediabanka keçidМолочная продукция, фото из архива
Молочная продукция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin 3 ayı ərzində idxal 17 faizə yaxın artıb

BAKI, 21 aprel — Sputnik. 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2 milyon 810,54 min ABŞ dolları dəyərində 2 121,07 ton süd idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu ilin 3 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə süd idxalı dəyər ifadəsində 182.28 min dollar (6,93%), miqdar ifadəsində isə 302.58 ton (16,63%) artıb.

Bu ilin yanvar-mart ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,09%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin 3 ayında Azərbaycanın ticarət dövriyyəsinin 4 mlrd. 484,55 mln. dolları ixracın, 3 mlrd. 135,58 mln. dolları isə idxalın payına düşüb.

Xəbər lenti
0