CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Rusiya arasında mühüm danışıqlar gedir

© Sputnik / Murad OrujovФлаги Азербайджана и России, фото из архива
Флаги Азербайджана и России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada işləyən əmək miqrantlarımızın pensiya məsələsi həll olunur

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə" layihəsinin hazırlanması işləri davam edir. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Gələn aydan yeni pensiya artımı olacaq

Məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.

Layihənin hazırlanması ilə əlaqədar Moskva şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ikinci ekspert görüşü keçirilib.

Qeyd edilib ki, görüşdə sözügedən sənədin əhatə dairəsi, tərəflərin ərazisində çalışan vətəndaşlara münasibətdə tətbiq olunacaq sosial sığorta rejimi müzakirə olunub. Eyni zamanda, bu əsasda həmin vətəndaşların pensiya məbləğinin ilkin və təkrar hesablanması, ödənilməsi, çatdırılması qaydaları və mexanizmləri, bununla bağlı bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti
0