CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qar yağıb, temperatur kəskin aşağı düşüb

© Sputnik / Shahperi AbbasovaXınalığa qar yağıb
Xınalığa qar yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, aprelin 21-dən başlayaraq hava şəraitinin qismən düzələcəyi proqnozlaşdırılır

BAKI, 20 aprel — Sputnik. Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişib, temperatur bir neçə dərəcə aşağı düşüb. 

Xınalığa qar yağıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xınalığa qar yağıb - FOTO
Sputnik Azərbaycan xəbər verir ki, axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağıb, havanın hərarəti 4 dərəcə təşkil edib.

Azərbaycanın bölgələrində isə qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, şimal bölgəsində hərarət 8 dərəcə aşağı düşüb, qarın qalınlığı 6 sm kimi olub. Qar Qubanın Xınalıq, Xaltan, Qrız kəndlərinə, eləcə də Qusar və Xızıda yağıb.

Bundan əlavə, Aran bölgəsində də qar qeydə alınıb. Səhər saatlarında Göyçay ərazisinə qar yağması qeydə alınıb.

Qeyd edək ki, aprelin 21-dən başlayaraq hava şəraitinin qismən düzələcəyi proqnozlaşdırılır.

Xəbər lenti
0