20:08 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Televiziya qarşısındakı adam

Teleməkanımızda yaşananlar əhalini ciddi narahat edir

CC0 / Gadini / Remote Control
CƏMİYYƏT
Qısa URL
761910

Bəs siz müşahidə etdiyiniz efir mədəniyyətini necə qiymətləndirirsiniz?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun canlı yayımda mahnı oxuyan zaman işlətdikləri qeyri-etik ifadələr sosial şəbəkələrdə hələ də müzakirə olunur. Bəzi şəxslər bu məsələdə müğənniləri günahlandırır, bəziləri isə aparıcını. Hətta baş verənlərin səbəbini telekanal rəhbərliyində görənlər də az deyil.

Bütün bunları nəzərə alaraq Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Onlara "Azərbaycan teleməkanında efir mədəniyyətini, yəni aparıcılar və efirə dəvət olunan qonaqların davranışlarını necə qiymətləndirirsiniz?" sualı ünvanlayıb. Cavablar isə müxtəlif olub:

İsmayıl Əhməd: "Efirdə yayımlanan verilişlərin əksəriyyəti mədəniyyətsizliyi təbliğ edir".

Adil Vəliyev: "Televiziyalarda vəziyyət heç də ürəkaçan deyil".

Rauf Qərib: "Mənəviyyatımı zədələməmək üçün yerli televiziyalara baxmıram".

Şahidə Tapdıq: "Azərbaycan teleməkanında efir mədəniyyətli, nitq qabiliyyətli, özünü cəmiyyətə normal şəkildə təqdim edən çox az sayda aparıcı var. Qonaqlar haqqında isə danışmaq istəmirəm".

Elnurə Abuşova: "Azərbaycan telekanalları qarşısında təkbaşına uşaq oturdub, hər hansı işlə məşğul olmaq olmaz. Uşaq orada bayağılıqdan başqa nəsə öyrənə bilməyəcək".

Amin Nəzərli: ""Mədəniyyət" kanalından başqa digər telekanalları bərbad hesab edirəm. Elə bil toyxana açıblar. Bir-iki dənə də manıs çağırıblar. Heç bir yaradıcılıq, maraq, əyləncə yoxdur".

Ramil Nəcəfli: "AzTV və "İctimai" kanalda göstərilən verilişləri bəyənirəm. Orada aparıcıların da, qonaqların da davranışları, mədəni səviyyələri yüksəkdir".

Zaur Cəfərov: "AzTV", "İctimai" kanal və ARB-24 kanalında gedən verilişlərdən razıyam. Qalanlarının mənfi cəhətlərini isə digər sorğu iştirakçıları qeyd edib. Hər birinin fikri ilə razıyam".

Ramil Əhmədov: "Bu gün təkcə efirimiz deyil, sosial şəbəkələrdə də mədəniyyət amili nəzərə alınmır".

Nicat Zeynallı: "Bu gün Azərbaycan kinosunu, musiqisini məhv edən məhz televiziyalardır. Televiziyalara yenidən vətəndaşların etimadını doğrultmaları üçün hələ uzun illər lazım olacaq".

Pərviz Həqiqi: "Bizdə sanki təklif tələbi üstələyir. Elə bil, televiziyalar məcburən cəmiyyətə "buna baxmalısan" və ya belə "olmalıyıq" mesajı verir. Sanki bu millətin qəhrəmanları şou-biznes əhlidir və s. Mən çox nadir hallarda bizim telekanallara baxıram".

Əlaqədar

Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi
Azərbaycanda telekanal cərimələndi
Tanınmış azərbaycanlı müğənnilərə telekanalda qadağa qoyuldu
Teqlər:
mədəniyyət, məkan, efir, telekanal, televiziya

Əsas mövzular