CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

© Sputnik / Irade JELILİkinci əl avtomobillər
İkinci əl avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bununla fantastik rüsumlar dövlət büdcəsinə yönləndirilə bilər"

BAKI, 16 aprel — Sputnik. "Nə üçün avtomobillərin dövlət qeydiyyatına alınması xidməti elektronlaşmır? Bu xidmətin məzmununa, səlahiyyətli qurumun (Daxili İşlər Nazirliyi) texniki-texnoloji imkanlarına baxanda görmək olar ki, indiki anda onun elektronlaşması elə də ciddi problem deyil. Düşünürəm ki DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin bu xidməti elektrona çevirməsi doğru və faydalı olardı".

Radar xəbərdaredici nişanı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə - Ehtiyatlı olun

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, bu xidmət həm dövlət qeydiyyat nişanın, həm də nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin verilməsini nəzərdə tutur.

"Xidmətin həyata keçirilməsində istifadə edilən "Giriş-çıxış və qeydiyyat" sistemi və DYP-nin "Mərkəzi İnformasiya Sistemi" də bu qurumun özünə məxsusudur. Əgər ehtiyac olarsa, yetərincə inkişaf edən DGK-nın və e-gov Mərkəzinin informasiya sistemlərinə də inteqrasiyanın problem yaradacağını düşünmürəm" - deyə Gündüz bildirib.

Ekspertin sözlərinə görə, avtomobillərin dövlət qeydiyyat nişanlarının rəsmi dövlət rüsumu ilə bazar qiymətləri arasında kəskin fərq olduğu sirr deyil: "Bəzən eşidirik ki, hansısa bir avtomobil nömrəsi 50 000 manata satılıb. Düşünürəm ki, adıçəkilən xidmətin elektronlaşması prosesində avtomobillərin qeydiyyat nişanlarının da şəffaf və auksion formasında satış sitemini qurmaq faydalı olardı".

"Bununla da fantastik rüsumlar dövlət büdcəsinə yönləndirilə bilərdi. Ümid edirəm, DİN və e-gov Mərkəzi tezliklə bu ictimai əhəmiyyət kəsb edən xidməti elektronlaşdıracaq" - AİF rəhbəri vurğulayıb.

Xəbər lenti
0