05:22 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
130 0 0

Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var

BAKI, 15 aprel — Sputnik. Qusarda 28 yaşlı gənc itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Qusar rayonunun İmamqulukənd kənd sakini, 28 yaşlı Vilyeddin Əlixlalov martın 2-si səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Vilyeddin Əlixlalov
© AR Ministry of Internal Affairs
Vilyeddin Əlixlalov

Evdən çıxanda əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, qara saçlı, orta bədən quruluşludur. Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinin 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əsas mövzular