05:06 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
İmtahan prosesi

Tələsin – Bu gün son gündür

© Sputnik / Nigar Maharram
CƏMİYYƏT
Qısa URL
69 0 0

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır

BAKI, 15 aprel — Sputnik. Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

TOEFL kitabı
© AP Photo / CHITOSE SUZUKI

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.

15 aprel saat 08.15-ə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün, ümumilikdə, 80095 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, saat 23.59-dək "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan şəxslərin nəzərinə çatdırırıq ki, komissiyalar axşam saat 17.00-dək fəaliyyət göstərir.

 

Əsas mövzular