CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropolitenində ilk: Qadın maşinist işə götürüldü

© Sputnik / Anar MustafayevПоезд на станции Эльмляр Академиясы Бакинского метрополитена
Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Metro qatarımızı qadın maşinist idarə edəcək

BAKI, 13 aprel — Sputnik. Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

В сборочном цехе на заводе Метровагонмаш, где производятся новейшие вагоны метрополитена Москва - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir

Sputnik Azərbaycan-ın məlumatına görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın maşinist kimi çalışmaq üçün müraciət etsə də, onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.

Xəbər lenti
0