CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərarət 25 dərəcəyədək yüksələcək

CC0 / HelgaKa / SunЖара
Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron yarımadasında gecə 9-11, gündüz 15-20, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq

BAKI, 13 aprel — Sputnik. Bu gün ölkə ərazisində mülayim isti hava proqnozlaşdırılıb.

Bakıda buludlu hava - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qeyri-müəyyən hava şəraiti davam edəcək

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-20, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0