CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması müzakirə edildi

© Sputnik / Irade JELILMətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib
Mətbuat Şurası İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər mövzusunda konfrans keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
V.Mahirqızı isə qeyd edib ki, bu məsələyə münasibətə yanaşmada medianın da, dövlət qurumlarının da yanlışı var

BAKI, 11 aprel — Sputnik. Bu gün Mətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib. Sputnik Azərbaycan xəbər verir ki, toplantıda yeniyetmə Elina Hacıyevanın intiharı ilə bağlı sosial şəbəklərdə paylaşım edilməsinin doğru olub-olmamasıı müzakirə edilib.

© Sputnik / Irade JELILMətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib
İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması müzakirə edildi - Sputnik Azərbaycan
Mətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib

Millət vəkili Əflatun Amaşov aprelin 4-də Səbail rayonu 163 saylı məktəbdə baş verən intihar hadisəsi ilə bağlı sosial şəbəkələrdə yayılan informasiyalara toxunub: "Aprelin 6-da Bakı Səbail Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. Bu hadisə ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər formalaşıb. Biz isə bu gün “belə bir hadisənin bu formada cəmiyyətə çatdırılması düzgündürmü” sualı ətrafında danışacağıq".

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa qeyd edib ki, məktəblərə ictimai nəzarət gücləndirilməlidir: "Mətbuat azaddır. Cinayət Məcəlləsində konkret maddələr var ki, hansı məlumatları yaymaq qadağandır. Digər məsələləri mətbuatın yaymaq hüququ var. Hadisə məktəbdə baş verib deyə, məktəblilərin suçlanması yanlışdır. Çayxanalarda qəlyan tüstüsündən oturmaq olmur. Hamısı da yeniyetmələrdir. Tütün əleyhinə qanun qəbul etdik, amma icra etmirlər. Təəssüf ki, biz məktəblərin yanında siqaret satışını, qəlyan verilən yerləri yığışdıra bilmədik".

© Sputnik / Irade JELILMətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib
İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması müzakirə edildi - Sputnik Azərbaycan
Mətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib

Daha sonra millət vəkili Hikmət Babaoğlu bildirib ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalı, hadisənin səbəbləri araşdırılmalıdır: "Məktəb mühiti, ailə mühiti, kollektiv mühiti var. Bu məsələlər ciddi öyrənilməlidir".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin fikrincə isə Azərbaycanda 1 milyondan artıq şagird var və şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır: “O ki, qaldı video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir”.

ONA İnformasiya Agentliyinin rəhbəri V.Mahirqızı isə qeyd edib ki, bu məsələyə münasibətə yanaşmada medianın da, dövlət qurumlarının da yanlışı var.

"Hər bir məsələyə operativ münasibət bildirilməlidir. Burada istənilən halda ailənin, ailədə baş vermiş parçalanma və problemlərin təsiri var. O uşağa qarşı psixoloji təsir göstərən həm də məktəb şagirdlərdir. Bizim müəllimlərimizin davranış kodeksi olsa, yaxşı olar. Bu, mediaya da aiddir", – deyə o əlavə edib.

© Sputnik / Irade JELILMətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib
Mətbuat Şurası İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər mövzusunda konfrans keçirib - Sputnik Azərbaycan
1/3
Mətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib
© Sputnik / Irade JELILMətbuat Şurası "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirib
Mətbuat Şurası İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər mövzusunda konfrans keçirib - Sputnik Azərbaycan
2/3

3/3

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin sədri Vüqar Səfərli, millət vəkilləri Fazil Mustafa, Sona Vəliyeva, Aydın Mirzəzadə, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, yazıçı, şair Rəşad Məcid, ONA-nın rəhbəri Vüsalə Mahirqızı, jurnalistlər, ictimai təşkilatlar, ekspertlər iştirak edib, müzakirələr aparıb.

Xəbər lenti
0