CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış psixoloq: “Bizdə psixoloji xidmət yox səviyyəsindədir”

© Sputnik / Murad OrujovPsixoloq Taryel Faziloğlu
Psixoloq Taryel Faziloğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Taryel Faziloğlu: “Ayda iki dəfə seans üçün 400 dollar verirəm”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Psixoloqun “niyə yaşayırsan, get, özünü öldür” dediyi xəstə intihar edib

Azərbaycanda günü-gündən psixoloqların, daha dəqiq desək, psixoloji xidmət göstərənlərin sayı artmaqdadır. Ancaq onların əksəriyyətinin savadı, peşəkarlığı zaman-zaman mübahisələr doğurur. Psixoloq Taryel Faziloğlu Sputnik Azərbaycan-a müsahibəsində psixologiya və psixoloqlarla bağlı sualları cavablandırıb.

© Sputnik / Murad OrujovPsixoloq Taryel Faziloğlu
Tanınmış psixoloq: “Bizdə psixoloji xidmət yox səviyyəsindədir” - Sputnik Azərbaycan
Psixoloq Taryel Faziloğlu

- Etiraf edək ki, psixoloji xidmət Azərbaycan cəmiyyəti üçün yeni bir sahədir. Sizcə, bu sahə ölkəmizdə necə inkişaf edib?

- İnsanlara göstərilən psixoloji xidmətin tarixini hesablasaq, Azərbaycanda onun 14-15 illik tarixi var. İlk illərdə insanların psixoloqlara inamı yox idi, amma sonradan inam artmağa başladı. İnsanların psixoloqlara marağını görən bəzi şəxslər də sertifikat alaraq psixoloq kimi fəaliyyətə başladılar.

- Fəaliyyət göstərən həmin psixoloqların səviyyəsi qanedicidirmi?

- Etiraf etməliyəm ki, bu gün psixoloqların vəziyyəti acınacaqlıdır. Azərbaycanda yüzlərlə insan özünə psixoloq deyir. Onların arasında əsl psixoloqlar barmaqla sayılacaq qədərdir.

Psixoloq Azad İsazadə   - Sputnik Azərbaycan
Psixoloq uşaqları intihara sövq edən oyunlardan danışdı

- Bəs dünyada, məsələn elə Avropada vəziyyət necədir?

- Avropada psixoloqlara silahsız qatillər deyilir. Yəni psixoloq istədiyi insana sözlə şüuraltı təsir edə bilir. Avropada cinayət hadisəsi baş verərsə və o hadisədə iştirak edənlər arasında psixoloq olarsa, birinci şübhəli şəxs kimi psixoloq saxlanılır. Hətta peşəkar psixoloqlar aidiyyəti qurumlar tərəfindən nəzarətdə olurlar. Çünki psixoloq insana güclü təsir edə bilir. Axı Avropada psixoloq olmaq üçün ən azı 6 il təhsil alırlar. Ondan sonra imtahan verirlər və 4 illik köməkçi kimi işləyir. Bu müddətdə psixoloq olmaq istəyən şəxsin özü 900 saat psixoloq konsultasiyası alır. Eyni zamanda nəzarət altında işləyir. Daha sonra dövlət imtahanı verir. Dövlət imtahanından keçərsə, ona lisenziya verilir. Amma bir xəstə nə vaxtsa həmin psixoloqdan şikayətçi olarsa, psixoloqun lisenziyası dövlət tərəfindən bloklanır və onun haqqında araşdırma aparılır. Psixoloq lisenziyasını bərpa etmək üçün 1-2 il yenidən təhsil alır, yenidən imtahan verməli olur. Ona görə də dünyada psixoloji xidmət bahalıdır. Bizdə isə psixoloq xidməti bahadır, amma keyfiyyəti sıfırdır.

- Belə deyim var ki, psixoloq bir sözü ilə insanı düz yola da çəkə bilər, səhv yola da...

- Elədir. Bir dəfə özünü psixoloq adlandıran şəxs bir məclisdə deyirdi ki, “7-8 xəstə ilə danışandan sonra artıq axşam idi, yorulmuşdum, evə getməliydim. Bir xəstə də gəldi, qəbul etdim. Danışıq zamanı məlum oldu  ki, adamın heç bir problemi yoxdur. Ailənin tək oğludur, işi var, maddi imkanı yaxşıdır. Sadəcə özü-özünü depressiyaya salır. Zarafatla dedim ki, niyə yaşayırsan e? Get, özünü öldür”.

İki gün sonra həmin insanın ölüm xəbərini saytlardan birində oxuyub. Ən maraqlısı odur ki, psixoloq bunu çox adi, sanki belə də olmalıymış kimi danışırdı. Psixologiya sahəsində belə insanlar da çalışır. Çünki Azərbaycan qanunvericiliyində psixoloqlarla bağlı boşluqlar var. Ona görə də vəziyyət ağırdır.

© Sputnik / Murad OrujovPsixoloq Taryel Faziloğlu
Tanınmış psixoloq: “Bizdə psixoloji xidmət yox səviyyəsindədir” - Sputnik Azərbaycan
Psixoloq Taryel Faziloğlu

- Peşəkar psixoloqun intihar etməsini necə qəbul edək?

- Peşəkar psixoloq da intihar edə bilər. Axı o da insandır. Bunun da səbəbləri var. Psixoloqların özləri də psixoloji dəstək alır. Hətta mən özüm 14 ildir mütəmadi olaraq Türkiyədə yaşayan psixoloqdan konsultasiya alıram. Ayda iki dəfə seans üçün 400 dollar ödəyirəm.

Bu sualınızın kökündə təbii ki, Dəyanət Rzayevin intiharı dayanır. Həmin hadisə ilə bağlı bir faktı deyim. Dəyanət Rzayev intihar edən ayda 57 intihar hadisəsi baş vermişdi. Hadisədən 3 il keçib, ancaq hələ də müzakirə edilir.

- Psixoloq bilərəkdən xəstənin yaxşılığı üçün ona yalan danışa bilər?

Psixoloq Azad İsazadə - Sputnik Azərbaycan
Seriallar düşüncəmizə necə təsir edir - psixoloq şərhi

- Psixoloq heç bir halda yalan danışa bilməz. Nəinki xəstəsinə, həyatda da yalan danışmalı deyil. İnsanlar psixoloqa nümunəvi və mükəmməl insan donu geyindirirlər. Psixoloqların danışdıqları hər şeyə inanırlar. Ona görə nümunəvi olmalıdırlar. Öz başıma da bu mövzu ilə bağlı bir hadisə gəlib. Bir dostum nişanlı idi və mənə dedi ki, nişanlısı ilə anlaşa bilmirlər. Aralarında söz-söhbət çox olur. Soruşdu ki, nə edə bilər? Mən də zarafatla dedim ki, get qolundan tut, de ki, bundan sonra sənin sahibin mənəm. Qadın heç vaxt sahibinə cavab qaytarmaz. Amma ağlıma gəlməzdi ki, dostum dediyimi edər. Bir gün sonra öyrəndim ki, dostum dediyim kimi edib, qız nişanını qaytarır. Xoşbəxtlikdən qızı da tanıyırdım, onunla danışıb həqiqəti dedim və barışdırdım. Dediyim şəxs savadlı biridir. Sadəcə, psixoloq olduğum üçün ona dediyimə inanmışdı. Belə hadisələr baş verər deyə, insanlarla zarafat etməkdən çəkinirəm.

- Hansı yaş aralığında insanlar psixoloqa daha çox müraciət edirlər?

- Ən çox 20-40 yaş arası insanlar psixoloqa müraciət edirlər. İnsanlar yaş böhranlarında daha çox depressiya yaşayırlar. Uşaqlarda 2-3, 3-6, 10-11 yaş krizləri olur. 11-19 yaş isə yeniyetməlik dönəmidir. Qızlarda 24-26 yaş emosional təfəkkürün rasional təfəkkürə keçmə mərhələsidir. 30-38 emosional doyumsuzluq dönəmidir. 40 yaş böhranı sindromu da var. Bu yaşda qadınlarda seksual doyumsuzluq başlayır. 50 yaşa kimi bu dönəm davam edir və özlərindən kiçik yaşda olan oğlanlara meyilli olurlar. Daha sonra 45-50 yaşdan sonra klimaks başlayır. Bu zaman qadınlar 22 yaşa geri dönürlər. Daha çox gənc qadın kimi geyinirlər. Qeyd edim ki, bu dövr qadın üçün çox qorxulu dönəmdir. Bu dövrdə psixoloji problem keçirən, ölən və intihar edənlər də az olmur. 24-26, 30-38 yaş arasında olan qadına həyat yoldaşı daha çox diqqət göstərməlidir, əks halda qadın xəyanət edə bilər.

© Sputnik / Murad OrujovPsixoloq Taryel Faziloğlu
Tanınmış psixoloq: “Bizdə psixoloji xidmət yox səviyyəsindədir” - Sputnik Azərbaycan
Psixoloq Taryel Faziloğlu

- Bəs kişilərdə vəziyyət necədir?

- Kişilərdə isə 29-31 yaş emosional təfəkkürün rasional təfəkkürə keçid dövrüdür. 31 yaşdan sonra kişilər gözəl qız yox, ailəcanlı qadınlara önəm verirlər. 36-37 yaşdan 48 yaşa kimi kişilərdə seksual doyumsuzluq dönəmi başlayır. Bu zaman kişilər xəyanətə meylli olurlar. Bir də 65 yaşda qocalıq sindromu ilə üzləşirlər. Bu zaman da kişilər yaşlılıqlarını gizlətmək üçün cavan qızlar tapırlar. Gənclər kimi geyinirlər, gənclərin mühitində olmağı daha çox üstün tuturlar. Məhz belə dönəmləri keçirən şəxslərə psixoloji yardım göstərmək lazımdır. Əks halda böyük problemlərlə üzləşə bilərlər.

- Bu gün bəzi falçılar da özlərini cəmiyyətə psixoloq kimi təqdim edirlər...

- Falçıların özünə psixoloq deməsi, psixoloqlara və psixologiya elminə təhqirdir. Psixologiya o qədər mürəkkəb sahədir ki, hər adam özünə psixoloq deyə bilməz.

- Falçılar da axı insan psixologiyasını yaxşı bildikləri üçün fala baxa bilirlər...

- Satış menecerləri, marketinqçilər, PR-çılar və digər sahələrin mütəxəssisləri da psixologiyanı bilirlər və ondan istifadə edirlər. Bu o demək deyil ki, onlar da psixoloqdurlar! Psixologiyanı bilmək belə, psixoloq olmaq demək deyil. Falçılar ancaq insanları aldatmağın yollarını yaxşı bilirlər.

Xəbər lenti
0