16:50 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi

Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı

© The Food Safety Agency of the Republic of Azerbaijan.
CƏMİYYƏT
Qısa URL
31222 0 0

Ramana qəsəbəsində qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb

BAKI, 10 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində anti-sanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a bu haqda məlumat daxil olub. AQTA-a daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər keçirilib. Monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
© The Food Safety Agency of the Republic of Azerbaijan.
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi

Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.

  • Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
    Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
  • Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
    Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
  • Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
    Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
1 / 3
© The Food Safety Agency of the Republic of Azerbaijan.
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi

Aşkar olunmuş faktla bağlı laborator analizlərin aparılması üçün müvafiq qaydada nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir. Aparılan araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Əsas mövzular