CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir

© Sputnik / Murad OrujovAbşeronun palçıq vulkanları
Abşeronun palçıq vulkanları - Sputnik Azərbaycan
Abunə olmaq
Kraterdən ağır bərk süxurlar göyə atılır və xaotik ətrafa səpələnir

İradə Cəlil Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. “Bakı arxipelaqı nəinki ölkə miqyasında, o cümlədən dünya çapından baxanda da kifayət qədər maraqlı ərazidir. Burada, təxminən, 50-yə yaxın palçıq vulkanı var. Onların 80%-i aktivdir”. Bu barədə Sputnik Azərbaycan-a Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev məlumat verib.

Təəssüflər olsun ki, palçıq vulkanları yadımıza ancaq növbəti güclü püskürmə olanda düşür. Amma bu ərazilər daima diqqət mərkəzində olmalı olan maraqlı yerlərdir.

© Sputnik / Irade JELILPalçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev
Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir - Sputnik Azərbaycan
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev

Ceyhun Paşayev qeyd edib ki, Bakı üzrə, ümumən 21 palçıq vulkanı Qoruğa daxil edilib: "Həmçinin 7 vulkan mənşəli ada palçıq vulkanı var və 6-sı qoruğa daxil edilib. Ümumiyyətlə, palçıq vulkanlarının bütün növlərinə, yəni aktiv, gömülmüş, ada, neftçıxaran, sönmüş və sualtı vulkanlara rast gəlinir".

© Sputnik / Irade JELIL"Dəlyəniz" vulkanı
Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir - Sputnik Azərbaycan
"Dəlyəniz" vulkanı

C.Paşayev onu da deyib ki, Bakı ərazisində Keyrəkinin yaxınlığında və qoruğa daxil olmayan aktiv olmayan Böyükdağ və Kiçikdağ palçıq vulkanlarının yaxınlığında evlər salınıb: "Vulkan püskürəndə yerdə dərin çatlar yaranır və uzunluğu, bəzən 2-3 kilometr olur. Püskürən zaman kraterdən od sütunu çıxır ki, hündürlüyü 500 metrə qədər çatır. Kraterdən ağır bərk süxurlar göyə atılır və xaotik ətrafa səpələnir. Kraterdən xaric olan qatı palçıq kütləsi bəzən milyon kubmetr həcmlə asta sürətlə yayılır və fəsad törədə bilər" - deyə o əlavə edib.

Paşayevin sözlərinə görə, 2000-ci ildə Ceyranbatan gölünün üzərindəki Keçəldağ palçıq vulkanı püskürəndə ətəkdə olan bir neçə ev palçığın altında qalıb.

© Sputnik / Irade JELILDaşgil vulkanı
Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir - Sputnik Azərbaycan
Daşgil vulkanı

C.Paşayev bildirib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır. Bununla bağlı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanuna dəyişikliklər edilir: “Qanuna təklif edilən yeni əlavəyə əsasən, geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir".

© Sputnik / Murad OrujovBu ərazilərdə gərək ehtiyatla gəzəsən – yer yumşaq olduğundan, hər an palçığa batmaq təhlükəsi var
Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir - Sputnik Azərbaycan
Bu ərazilərdə gərək ehtiyatla gəzəsən – yer yumşaq olduğundan, hər an palçığa batmaq təhlükəsi var

Paşayev əlavə edib ki, geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir: “Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Eyni zamanda Naxçıvanda yerləşən bəzi abidələrin geoloji parka daxil edilməsi təklifləri də irəli sürüləcək”.

“Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESCO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanuna dəyişiklik edildikdən sonra sıra geoloji parkların, o cümlədən "Qobustan palçıq vulkanları" geoloji parkının yaradılması nəzərdə tutulur" – deyə o vurğulayıb.

Xəbər lenti
0