02:55 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Yararsız ət, arxiv şəkli

Bir gündə istifadəyə yararsız 565 kiloqram ət tutuldu

© Photo : DBNX mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
50 0 0

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir

BAKI, 10 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən

 Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində araşdırma aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhər sakini B.Qanbayev idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha bir fakt Göyçayda qeydə alınıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayonun Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirdikləri zaman 235 kq istehlaka yararsız ət aşkar olunub. Qida Təhlükəsizlik Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin araşdırmalar zamanı ətin orqanoleptik görüntülərinə əsasən istehlaka yararsız olduğu ehtimal edilərək heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında ekspertizaya cəlb edilib.

Bakıda qanunsuz ət kəsimi
© AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsi

Aparılan analizlər nəticəsində ətin istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Belə ki, ətin tərkibində Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli, 167 nömrəli qərarı ilə təsdiqlənmiş "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklər" siyahısına daxil edilən təhlükəli bakteriya və göbələk mənşəli xəstəliklərin törədiciləri aşkarlanıb.

Heyvan cəmdəkləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun olaraq məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Əsas mövzular