CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaz havası gəlir: Paytaxtda hərarət 18 dərəcəyə çatacaq

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidÇiçək açmış ərik ağacı, arxiv şəkli
Çiçək açmış ərik ağacı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgələrdə havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti təşkil edəcək

BAKI, 10 aprel — Sputnik. Aprelin 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Дождь в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda və bölgələrdə hava kəskin fərqlənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında  gecə 9-1, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0