23:09 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Ev işi

Qadınlar kişilərdən 3 dəfə çox işləyirlər

CC0 / rawpixel.com / cleaning
CƏMİYYƏT
Qısa URL
25 0 0

Doğma və yaxınlara qayğı hesab edilən əməyə qadınlar gündə 4 saat 25 dəqiqə, kişilər isə 1 saat 23 dəqiqə vaxt sərf edirlər

 

BAKI, 10 aprel - Sputnik. Qadınlar əmək haqqı ödənilməyən ev işlərinə ildə 201 gün (8 saatlıq iş qrafiki üzrə) vaxt sərf edirlər, kişilər isə cəmi 63 gün. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb.

Təşkilatın hesablamalarına görə, doğma və yaxınlara qayğı hesab edilən bu cür əməyə qadınlar gündə 4 saat 25 dəqiqə, kişilər isə 1 saat 23 dəqiqə vaxt sərf edirlər.

Bu səbəbdən də BƏT hesab edir ki, ev təsərrüfatına aid işlərin qadınlarla kişilər arasında bərabər əsaslarla bölünməməsi gender bərabərsizliyinin ən bariz təzahürlərindən biridir.

Təşkilatın mütəxəssislərinin apardığı hesablamalar nəticəsində o da məlum olub ki, 1997-ci ildən 2012-ci ilə qədər qadınların gündəlik ev işlərinə ayırdığı vaxt 15 dəqiqə azalıb. Kişilərdə isə bu vaxt əksinə, 8 dəqiqə artıb.

Əlaqədar

Fransadan kəskin qərar: Qadınlar üçün implantlar qadağan edildi
Avropanın ilk qadın hökumət başçısı
Qadının avtomobilindən oğurluq edən saxlanılıb
Teqlər:
, kişi, qadın

Əsas mövzular