CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadının avtomobilindən oğurluq edən saxlanılıb

© Sputnik / Murad OrujovЖенщина за рулем автомобиля
Женщина за рулем автомобиля - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakini Ə.Allahverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 9 aprel — Sputnik. Aprelin 8-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 30-da axşam saatlarında M.Həsənov küçəsində "Jeep" markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

Xəbər lenti
0