CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN avtomobil sahiblərinə xəbərdarlıq edib

© Sputnik / Murad OrujovPost-patrul xidmətinin əməkdaşları, arxiv şəkli
Post-patrul xidmətinin əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

BAKI, 8 aprel — Sputnik. Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə xəbərdarlıq edib.

Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda piyadanı öldürüb qaçan sürücü həbs edildi

Bu barədə Sputnik Azərbaycan-a DİN-dən məlumat verilib.

Qeyd edilib ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, təhlükəsizlik kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Xəbər lenti
0