22:54 14 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Sənədin imzalanması

Tanınmış azərbaycanlı müğənnilərə telekanalda qadağa qoyuldu

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
3702 0 0

Rüfət Axundov və Rəşad İlyasovun “Space”nin efirinə çıxmaması haqda qadağa qoyulub

BAKI, 7 aprel - Sputnik.  “Space” telekanalının rəhbəri Vaqif Mustafayev efirdə ədəbsiz ifadələr işlətməyə şərait yaradanları işdən qovub.

“Yeni Sabah” xəbər verir ki, veriliş bitən kimi o “Hər səhər” verilişinin aparıcısı Anar Vaqifoğlu və səs rejissorunu vəzifəsindən azad edib. 

Bunlarla bərabər həmin ədəbsiz ifadələri işlədən müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun “Space”nin efirinə çıxmaması haqda qadağa qoyulub.

Qeyd edək ki, adıçəkilən müğənnilər ifa zamanı mikrafonun bağlı olduğunu zənn edərək mahnıya qeyri etik ifadələr əlavə edərək oxuyublar. Bunu isə bütün tamaşaçılar izləyib.

Əsas mövzular