17:17 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Cəzaçəkmə müəsisəsi

Keçmiş məhkumların problemi: işsizlik

© Sputnik / Yevgeny Yepanchintsev
CƏMİYYƏT
Qısa URL
4086 0 0

"Son 5 ildə iş üçün müraciət edənlərin 545 nəfəri işlə təmin olunub"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 7 aprel — Sputnik. Dünyada işsizlikdən ən çox əziyyət çəkən şəxslər keçmiş məhbuslardır. Bu səbəbdən belə şəxslər cəmiyyətə yenidən adaptasiya olunmaqda, çörək pulu qazanmaqda, itirdiklərini bərpa etməkdə çətinliklə üzləşirlər. Sputnik Azərbaycan bu dəfə də belə şəxslərlə bağlı dünyada və Azərbaycandakı vəziyyəti araşdırmağa çalışıb.

“Prison Policy Initiative” İctimai Birliyinin məlumatına görə, inkişaf etmiş ölkələrdə məhbus həyatı yaşamış hər 4 şəxsdən 1.5 nəfəri işsizdir. Bu isə o deməkdir ki, məhbusların ən azı 27 faizi işsizdir. Araşdırmalara görə, bu şəxslərin işə götürülməməsinin əsas səbəbi cəmiyyətdə onlara inam və etibarın olmamasıdır. Lakin aparılan tədqiqatlar onu göstərir ki, bir zaman məhbus həyatı yaşayan şəxslər işlə təmin olunduqdan sonra onların cinayətə meyllilik riskləri azalır.

Bir sıra ölkələrdən fərqli olaraq Litva, Polşa, Birləşmiş Krallıq, İspaniya və İtaliya bu cür şəxslərin reabilitasiyasına inanaraq onları yenidən cəmiyyətin bir üzvi kimi qəbul edir. Həmin ölkələrdə icra olunan  bir sıra proqramlar, verilən sertifikatlar keçmiş məhbusların əmək bazarında aktivliyinə səbəb olub.

Bu şəxslərin qısa zamanda işlə təmin olunmasına görə Birləşmiş Krallıq digər ölkələrdən fərqlənir. Statistikalara əsasən, Birləşmiş Krallıqda azadlığına qovuşan keçmiş məhbusların 17 faizi 1 il ərzində işlə təmin olunurlar. Rəsmi məlumatlarda qeyd olunur ki, bu şəxslər ölkədəki biznes şirkətlərinin, ən azı, 300-ündə işlə təmin olunublar. Onların 35 faizi tikintidə, 20 faizi topdansatış mərkəzlərində, 19 faizi isə hotel və turizm sahəsində çalışırlar.

Azərbaycanda keçmiş məhbusların neçəsi işlə təmin olunub?

Son 5 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edən belə şəxslərin 545 nəfərinin işlə təmin olunmasına köməklik göstərilib. Sputnik Azərbaycan-a ƏƏSMN-dən verilən məlumata görə, keçmiş məhbusların 65-i isə özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilib.

“Bu şəxslərin 894 nəfəri peşə hazırlığı kurslarına göndərilib. Ötən il ərzində isə Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına 6-sı qadın olmaqla cəzaçəkmə müəssisələrindən azad olunan 304 nəfər müraciət edib. Müraciət edənlərdən 2-si qadın olmaqla 81 nəfərin işlə təmin olunmasına köməklik göstərilib. İkisi qadın olmaqla 22 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub” – deyə Nazirliyin məlumatında qeyd edilib.

O da bildirilib ki, bundan başqa, cəzaçəkmə müəssisələrində də müəyyən peşə təhsilləri öyrədilib: “2018-ci il ərzində cəza müddəti bitməkdə olan 239 nəfər məhkum cəzaçəkmə müəssisələrində “elektrik-qaz qaynaqçısı”, “inşaat rəngsazı”, “kompüter texnikasının təmiri üzrə usta”, “avtomobilin təmiri üzrə çilingər”, “bərbər”, “manikür ustası” peşələri üzrə kurslara cəlb olunub. Kurslara cəlb olunanların 60 nəfərini qadınlar, 32 nəfərini isə yeniyetmələr təşkil edib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib”.

Lakin təəssüflər olsun ki, keçmişdə məhkum həyatı yaşayan şəxslərin sayının nə qədər olması haqda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən heç bir məlumat əldə edə bilmədik.

Bir neçə il öncə məhbus həyatı yaşayan həmsöhbətimiz Elnur Əliyev Sputnik Azərbaycan-a açıqlamasında demişdi ki, digərlərindən fərqli olaraq onun işi var: "Fəhləyəm. Fəhləlik üçün elə də böyük "kriteriya"lar yoxdur. Ona görə də hər gün evimə çörək pulu aparıram. Amma digər məhbus yoldaşlarım, yəqin ki, iş tapmaqda çətinlik çəkirlər".

Əlaqədar

Azərbaycanda məhbusların intim həyatı: Qadın yoxdursa, meydan "üzdəniraq"lara qalır
Keçmiş məhbus arvadını öldürməyə cəhd edib
Ermənistanda siyasi məhbusun ölümü ilə bağlı bəyanat yayıldı
Ən çox məhbusu olan ölkələr sırasında Türkiyə də var

Əsas mövzular