CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik edildi

© Sputnik / Anar MustafayevВодительское удостоверение и ключи от автомобиля, фото из архива
Водительское удостоверение и ключи от автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sürücülük vəsiqəsinin təsviri", "Sürücülük vəsiqəsinin spesifikasiyası","Sürücülük vəsiqəsinin nümunəsi" təsdiq olunub

BAKI, 5 aprel — Sputnik. Baş nazir Novruz Məmmədov sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqından qərar qəbul edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə istinadla xəbər verir ki, qərara görə, "Sürücülük vəsiqəsinin təsviri", "Sürücülük vəsiqəsinin spesifikasiyası","Sürücülük vəsiqəsinin nümunəsi" təsdiq edilib.

Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq edilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Xəbər lenti
0