CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Problemli kreditlərlə bağlı yenilik var

© Sputnik / Murad OrujovKredit mütəxəssisi və müştəri, arxiv şəkli
Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərpoçt" MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək

BAKI, 5 aprel — Sputnik. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla "Azərpoçt" MMC-dən ala biləcəklər.

Bu barədə Sputnik Azərbaycan-a "Azərpoçt" MMC-dən məlumat verilib. Bildirilib ki, bunun üçün vətəndaşın nə "Azərpoçt" MMC-nin mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə (169) müraciət etməsinə ehtiyyac yoxdur.

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Problemli kreditlərlə bağlı qaydalar qüvvəyə mindi

Qeyd edilib ki, prossesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək kompensasiya məbləği, kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi),pul köçürməsinin ediləcəyi tarix haqda informasiya öz əksini tapacaq.

Hal-hazırda "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.

"Azərpoçt" MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq. Problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər "Azərpoçt" MMC tərəfindən pulsuz həyata keçiriləcək.

Xəbər lenti
0