12:06 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına

Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
41 0 0

Nazirlik malları yanan sahibkarların sənəd qəbuluna start verdi

BAKI, 4 aprel — Sputnik. Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb. 

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 4-dən etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.

Sahibkarlar vahid ərizə formasını bu linkdən və ya İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər.

Əsas mövzular