12:16 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanlı sahibkarlara şad xəbər

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
71 0 0

Prezident İlham Əliyev yeni fərman imzalayıb

BAKI, 3 aprel - Sputnik. Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb. 

Fərmanda qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

Əsas mövzular