17:14 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına

"Diqlas"da malları yanan sahibkarlara daha bir dəstək

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
80 0 0

Azərbaycan bankları "Diqlas”dakı sahibkarlara güzəşt edəcək

BAKI, 3 aprel — Sputnik. "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.

Bu barədə Sputnik Azərbaycan-a ABA-dan məlumat verilib.

Məlumatda qeyd edilir ki, 26 mart tarixində Bakının Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəyib: "Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirərək, "Baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" 28 mart 2019-cu il tarixli və "Baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında" 29 mart 2019-cu il tarixli Sərəncamlar imzalayıb.

Baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş iclasında müzakirə olunub və müvafiq qərar verilib".

Əlaqədar

“Diqlas”da malları yananlara veriləcək məbləğ bilindi
"Diqlas"da malları yanmış sahibkarlara güzəştli kredit veriləcək
"Diqlas"la bağlı yeni xəbər gəldi
"Diqlas"da zərər çəkmiş sahibkarlara daha bir ticarət obyektində yer təklif olunur

Əsas mövzular