05:23 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Vaqif Əsədov: "Ölkədə yol qəzalarının sayı azalıb"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
24 0 0

"Bu gün spirtli içkinin təsiri altında olan heç kimə güzəşt edilə bilməz"

BAKI, 3 aprel — Sputnik. "İlin əvvəlindən bu günə qədər ölkə ərazisində yol qəza hadisələri, ölüm faktları azalıb". Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov bildirib.

O qeyd edib ki, bu, DYP-nin keçirdiyi tədbirlərin, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərin, həmçinin aparılan təbliğatın nəticəsidir.

"Hər il avtomobillərin, sürücülərin sayı artır, küçə və yollar uzanır, yeni küçələr, prospektlər salınır, tunellər, körpülər tikilir, yolayrıcları yaradılır. Bütün bunlar real yol hadisələrinin yaşanması, artması deməkdir. Ancaq ölkədə olan və dünyanın bir neçə inkişaf etmiş ölkəsində tətbiq edilən "i-patrul" sistemi kifayət edir ki, törədilən xətaları qeydə alsın və barəsində müvafiq tənbeh tədbirləri həyata keçirsin".

V.Əsədov, həmçinin əlavə edib ki, ölkədə spirtli içki qəbul edən hər bir sürücü artıq "Ayıq sürücü" barədə düşünür: "Bu gün spirtli içkinin təsiri altında olan heç kimə güzəşt edilə bilməz. Bu, mümkün deyil. Nizam-intizam o qədər güclüdür ki, inspektorun qardaşı sərxoş halda avtomobil idarə etsə belə, onu buraxmaq mümkün deyil".

Əlaqədar

Dövlət agentliyinin avtomobili qəza törətdi – VİDEO
Bakının mərkəzində dəhşətli qəza, ölənlər var
Xətai rayonunda qəza, avtobus dükana girdi - FOTO

Əsas mövzular