CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 25 insanı diri-diri yandırana ömürlük həbs istənildi

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidHakim çəkici, arxiv şəkli
Hakim çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib

BAKI, 2 aprel — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən şəxslər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Судейский молоток, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Narkoloji Mərkəzdəki faciənin dəhşətli səbəblərindən biri açıqlandı

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında T.Məmmədhəsənovun 4 il, M.Abdullayevin 3 il 6 ay və M.Məmmədovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin dövlət ittihamçısı digər təqsirləndirilən A.Məmmədovanın 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin olunmasını istəyib.

Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Xəbər lenti
0