CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdə məşhur olan meyxanaçı həbs edilib

Abunə olmaq
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək

BAKI, 1 aprel — Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları son günlər sosial şəbəkələrdə geniş yayılmış meyxananın müəllifi Vüqar Abdullayevi həbs edib. Bu barədə Sputnik Azərbaycan-a DİN-dən məlumat verilib.

Məlumata görə, son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxananın videogörüntüsü yayılıb. Məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

Əlləri qandallanmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Əkiz uşaqlara işgəncə verən dayə həbs edildi

Bu səbəbdən də DİN rəhbərliyinin tapşırığına əsasən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini "Vüqar Səda" ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib.

O, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılılan şəxsi axtarış zamanı "Belomorkanal" papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Xəbər lenti
0