07:00 23 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Manat

Bu gündən uşaqlara 200 manat veriləcək

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
2681 0 0

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılıb

BAKI, 1 aprel — Sputnik. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə fevralın 25-də imzaladığı sərəncam bu gündən qüvvəyə minir.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, bir sıra təqaüd və sosial müavinətlər artırılıb.

Belə ki, bu gündən yaşa görə sosial müavinətin məbləği 130 manata çatdırılıb. Həmçinin I qrup əlilliyə görə müavinətin məbləği 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılıb, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial müavinətin məbləği 150 manat olub, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği isə 80 manata qaldırılıb.

Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləği 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləği 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği isə 300 manata çatdırılıb.

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılıb.

Bu gündən həm də yeni doğulan körpələrə görə birdəfəlik müavinət - 200 manat veriləcək. Bu da prezidentin 25 fevral 2019-cu ildə imzaladığı sərəncamın qüvvəyə minməsi ilə bağlıdır. Qeyd edək ki, bu məbləğ bundan əvvəl 109 manat təşkil edirdi.

Əsas mövzular