CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşıqları söndürək!

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülüb

BAKI, 30 mart — Sputnik. Bu gün dünyada 1 saat işıq olmayacaq.

Bu gün Azərbaycanda da binaların fasadları 1 saat işıqsız qalacaq. Belə ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-a qədər söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.

Qeyd edək ki, ilk dəfə Yer saatı 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda bu aksiyada 188 ölkədə 200 milyarddan çox insan iştirak edir.

Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülüb.

Bu il isə Bakı Olimpiya Stadionu, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Milli Gimnastika Arenası, regionlardakı bütün “ASAN” Xidmət mərkəzləri, “Flame Towers”  kompleksi və digər tanınmış tikililərin fasad işıqları 1 saatlıq söndürüləcək.

Xəbər lenti
0